Kamboca Tailanddan meyvə-tərəvəz idxalını dayandırdı

Kamboca Tailanddan meyvə-tərəvəz idxalını dayandırdı
17.06.2025 12:21 Dünya

Kamboca hökuməti Tailandla sərhəddə artan gərginlik fonunda bu ölkədən meyvə və tərəvəz idxalını qadağan edib.

TodayPress TV xəbər verir ki, bu barədə Kamboca Miqrasiya İdarəsinin baş direktoru, general-mayor Sok Veasna “Xinhua” agentliyinə məlumat verib.

“Bu səhərdən etibarən Tailanddan bütün sərhəd keçid məntəqələrində meyvə və tərəvəz idxalına qadağa qoyulub,” – deyə o bildirib.

Qərar son günlərdə mübahisəli sərhəd zonasında Kamboca və Tailand hərbçiləri arasında baş verən silahlı toqquşmalardan sonra qəbul edilib. Qısamüddətli atışma nəticəsində bir kambocalı əsgərin həlak olduğu bildirilir.

Qiymət Mahir

XƏBƏR LENTİ
18 IYUL 2026
Bütün Xəbərlər