İsrail Suriya və Səudiyyə Ərəbistanı ilə münasibətləri normallaşdıra bilər

Dünya

07.07.2025 12:23

İranla İsrail arasında silahlı münaqişənin başa çatmasından sonra Təl-Əvivin Suriya və Səudiyyə Ərəbistanı ilə münasibətləri normallaşdırmağa çalışacağı istisna edilmir.

TodayPress TV xəbər verir ki, bu barədə “The Washington Post” (WP) nəşri məlumat yayıb.

Məqalə müəllifinə görə, İsrailin Baş naziri Benyamin Netanyahunun Suriya və Səudiyyə Ərəbistanı ilə dialoq qurması üçün hazırkı siyasi şərait ən əlverişli məqamdır. Nəşr qeyd edir ki, İranla qarşıdurmadan sonra əldə edilmiş uğur fonunda İsrail hökuməti Dəməşqlə regional razılaşma bağlamaq və Ər-Riyadla diplomatik dialoqa başlamaq imkanına malikdir.

“The Washington Post” yazır ki, Netanyahunun ABŞ Prezidenti Donald Trampla Ağ Evdə keçirəcəyi qarşıdakı görüşdə də bu mövzu – “İbrahim Sazişləri”nnin ərəb ölkələrini də əhatə edəcək şəkildə genişləndirilməsi məsələsi müzakirə olunacaq. Tramp ümid edir ki, İranla İsrail arasında əldə olunan atəşkəs Yaxın Şərqdə daha dayanıqlı və uzunmüddətli sülh üçün baza rolunu oynaya bilər.

Qiymət Mahir

tag: ABŞ ,Donald Trampl,Ağ Ev,Suriya ,Səudiyyə Ərəbistanı,Todaypress.tv,