İsrail İranın nüvə obyektinə hücum etməyə çalışır
İsfahan vilayətinin qubernator müavini Əkbər Salehi bildirib ki, İranın hava hücumundan müdafiə qüvvələri Natanz nüvə obyektini hədəf alan İsrailə məxsus pilotsuz uçuş aparatını (PUA) vurub.
TodayPress TV xəbər verir ki, bu barədə "CNN" məlumat yayıb.
Onun sözlərinə görə, İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Aerokosmik Qüvvələri hücumu “Sevom-e Xordad” yer-hava raketi ilə dəf edib.
Bundan əvvəl İsrail Müdafiə Qüvvələri (IDF) İranın qərbində yerləşən hərbi obyektlərə irimiqyaslı zərbələr endirdiyini açıqlayıb. Hədəflər arasında yer-yer raketləri və onların buraxılış qurğuları üçün istifadə olunan obyektlər də olub.
Türkan isgəndərli