İsrail İranın hava limanını vurdu

İsrail İranın hava limanını vurdu
18.06.2025 17:47 Dünya

İsrail Kərəc şəhərində yerləşən Payam hava limanı yaxınlığını hədəf alaraq növbəti hava zərbəsi həyata keçirib.

TodayPress TV xəbər verir ki, bu barədə İranın "Fars" dövlət xəbər agentliyi məlumat yayıb.

Bildirilir ki, İsrail növbəti hücumda Payam hava limanının ətrafını vurub. Hazırda yanğınsöndürənlər və xilasetmə maşınları partlayış baş verən ərazidədir.

Türkan İsgəndərli

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər