İrəvanda təcili yardım həkiminə balta ilə hücum edildi

Dünya

27.05.2025 13:24

2

İrəvanda təcili yardım briqadasına qarşı daha bir hücum qeydə alınıb. 

TodayPress TV xəbər verir ki, bu barədə "Shamshyan" məlumat yayıb.

Hadisə mayın 26-da axşam saatlarında Araratyan küçəsində baş verib.

İlkin məlumatlara əsasən, həkimlər çağırışa cavab olaraq hadisə yerinə gəlib və xəstəyə tibbi yardım göstərməyə çalışıblar. Lakin spirtli içki qəbul etmiş şəxs aqressiv davranaraq 26 yaşlı həkimə nalayiq sözlər səsləndirib və ona balta atıb.

Polis qısa zamanda hadisə yerinə gələrək şübhəlini zərərsizləşdirib və polis bölməsinə aparıb. Hücum edən şəxs hüquq-mühafizə orqanları gələnədək evdəki pəncərələri sındırıb və hamamın qapısını zədələyib.

Məlum olub ki, qohumlardan biri baltanı gizlətməyə çalışsa da, aparılan söhbətdən sonra aləti polisə təhvil verib.

Faktla bağlı araşdırma aparılır.

Türkan İsgəndərli

tag: İrəvan,Təcili Yardım,Həkim,Hücum,todaypress.tv,