İrandan ABŞ-yə XƏBƏRDARLIQ: “Bunun bədəli ağır olacaq!”

İrandan ABŞ-yə XƏBƏRDARLIQ: “Bunun bədəli ağır olacaq!”
05.09.2026 22:26 Dünya

İran Xarici İşlər Nazirliyi ABŞ-nin İran gəmilərinə endirdiyi zərbələri sərt şəkildə pisləyib.

TodayPress TV xəbər verir ki, Tehran baş verənləri BMT Nizamnaməsinin 2-ci maddəsinin 4-cü bəndinin pozulması, “müharibə cinayəti” və beynəlxalq sülhə, eləcə də ticarət gəmiçiliyinin təhlükəsizliyinə açıq təhdid kimi qiymətləndirib. 

İran XİN ölkənin suverenliyini və milli maraqlarını qətiyyətlə müdafiə etməyə hazır olduğunu bildirib. Nazirlik həmçinin ABŞ-nin, eləcə də onun “şərikləri və tərəfdaşlarının” regionda “təcavüzkar və müdaxiləçi” addımlarını davam etdirməsinin nəticələrinə görə məsuliyyət daşıyacağını vurğulayıb.

Kübra Musayeva

XƏBƏR LENTİ
26 SENTYABR 2026
Bütün Xəbərlər