İranda yanacaq tankeri partladı: 10 nəfər öldü
İranın Sənəndəc şəhərində yanacaq tankerinin partlaması nəticəsində 10 nəfər həlak olub.
TodayPress TV xəbər verir ki, IRIB-in məlumatına görə, hadisə Sənəndəc-Həmədan yolunda baş verən yol-nəqliyyat hadisəsindən sonra qeydə alınıb. Qəza nəticəsində yanacaq tankerində partlayış baş verib.
Hazırda hadisə yerində xilasetmə və yardım işləri aparılır, ərazinin təmizlənməsi istiqamətində əməliyyatlar davam etdirilir.
Kübra Musayeva