İranda son üç ilin ən böyük etiraz aksiyaları keçirildi

Dünya

01.01.2026 06:00

İranda inflyasiya və milli valyutanın dollara nisbətdə rekord həddə kəskin ucuzlaşması nəticəsində son üç ildə ən böyük etiraz aksiyaları keçirilir.

TodayPress TV xəbər verir ki, bu barədə "Tasnim News" məlumat yayıb.

Mitinqlər Tehrana və bir sıra iri şəhərlərə yayılıb. Etirazlar bazar günü İran paytaxtında "Qapalı bazar"da mağaza sahiblərinin nümayişləri ilə başlayıb və 4 gündür ki, davam edir. Bazar ertəsi, dekabrın 29-da İran Mərkəzi Bankının rəhbəri istefa verib.

Məlumata görə, təhlükəsizlik qüvvələri etirazçılara qarşı gözyaşardıcı qazdan istifadə edir. Silah səsləri və küçə etirazçılarının polisdən qaçmağa cəhd etdiyini əks etdirən görüntülər də yayımlanıb.

Prezident Məsud Pezeşkian ölkənin ali rəhbərliyini etirazçıların haqlı tələblərini dinləməyə çağırıb. "Çərşənbə günü mütəşəkkil qrup Fasada şəhər administrasiyasının binasına girməyə cəhd edib, lakin təhlükəsizlik qüvvələri onların qarşısını alıblar. Qrupun lideri, 28 yaşlı qadın həbs edilib", - Reuters xəbər verib.

Hadisə zamanı onlardan 4-ü saxlanılıb, 3 təhlükəsizlik qüvvələri əməkdaşı yaralanıb.

TodayPress TV

tag: İran,Etiraz,Aksiya,Toqquşma,Todaypress.tv,