İran və İraq təhlükəsizlik sazişi imzaladılar
Dünya
11.08.2025 17:58
İran və İraq avqustun 11-də təhlükəsizlik sahəsində əməkdaşlıq haqqında yeni saziş imzalayıblar.
TodayPress TV xəbər verir ki, bu barədə İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani deyib.
Saziş Laricaninin Bağdada səfəri zamanı imzalanıb. Sənəddə ikinci imza İraqın milli təhlükəsizlik üzrə müşaviri Qasim əl-Araciyə məxsusdur.
Laricani bildirib ki, İran qonşularla münasibətlərində təhlükəsizliyi prioritet hesab edir, lakin eyni zamanda bu məsələlərdə qonşu ölkələrin maraqlarına da diqqət yetirir.
O əlavə edib ki, yaxın zamanda İraqın yüksək vəzifəli şəxsləri ilə əməkdaşlığın genişləndirilməsi imkanlarını müzakirə etməyi planlaşdırır. Onun Livana səfəri də nəzərdə tutulur.
Qeyd edək ki, 2023-cü ildə İran və İraq sərhəd təhlükəsizliyi ilə bağlı razılaşma imzalanıb. Həmin razılaşmada ortaq sərhədlərin qorunması üçün koordinasiya mexanizminin yaradılması nəzərdə tutulub. Yeni saziş bu əməkdaşlığın gücləndirilməsi və genişləndirilməsi istiqamətində növbəti addım hesab olunur.
Türkan İsgəndərli
tag: İran,İraq,Əməkdaşlıq,Saziş,Todaypress.tv,