Danimarka dronlarla mübarizəyə 330 milyon dollar ayırdı

Dünya

11.10.2025 18:00

Danimarkanın Müdafiə Nazirliyi naməlum pilotsuz uçuş aparatlarının izlənilməsi və onlara qarşı mübarizə üçün lazımı resursların yaradılmasına 2,1 milyard kron (330 milyon dollar / 561 milyon manat- red) ayırıb.

TodayPress TV nazirliyin bəyanatına istinadən xəbər verir ki, bu qərar krallığın silahlı qüvvələr komandanlığının təklifi əsasında verilib.

Ümumilikdə 2025–2033-cü illər ərzində ehtiyatlar və yeni təşəbbüslər üçün 3,8 milyard kron (590 milyon dollar) xərclənəcək. Məlumatda qeyd olunur ki, mövcud təhlükəsizlik vəziyyəti fonunda Silahlı Qüvvələrin Baş komandanı pilotsuz uçuş aparatlarına qarşı mübarizə vasitələrinin, eləcə də süni intellekt əsasında qərar qəbul etməyə dəstək sisteminin alınmasını tövsiyə edib.

TodayPress TV

tag: Danimarka,Dron,Mübarizə,Qərar,Todaypress.tv,