Trampın siyasəti ABŞ universitetlərinə ziyan vura bilər
Dünya
08.07.2025 09:43
ABŞ prezidenti Donald Trampın prezidentliyi dövründə qəbul edilən sərt miqrasiya qaydaları ABŞ universitetlərinə ciddi maliyyə zərəri verə bilər.
TodayPress TV xəbər verir ki, bu barədə "Financial Times" məlumat yayıb.
Təhlil göstərir ki, viza prosesinin çətinləşdirilməsi və sərhəddə miqrantlara qarşı sərt münasibət səbəbilə bir çox beynəlxalq tələbə ABŞ-yə gəlməkdən imtina edib və ya gələ bilməyib.
Bu səbəbdən ABŞ-dəki onlarla universitet ümumilikdə təxminən 1 milyard dollar təhsil haqqı gəlirini itirə bilər. Xüsusilə, 1000-dən az tələbəsi olan və tələbələrinin 15%-dən çoxu beynəlxalq olan 162 ali məktəb bu vəziyyətdən daha çox təsirlənib.
Proqnozlara görə, 2025-ci ildə ABŞ universitetlərində beynəlxalq tələbələrin sayı 10%-dən çox azalacaq. Bu isə ümumi maliyyə itkisini 3 milyard dollara qədər yüksəldə bilər.
Türkan İsgəndərli
tag: ABŞ,Viza,Tələbə,Tramp,Todaypress.tv,