Ukrayna Rusiyaya qaytarılmasını tələb etdiyi uşaqların siyahısını verdi

Dünya

02.06.2025 17:33

İstanbulda keçirilən görüş zamanı Ukrayna nümayəndə heyəti Rusiya tərəfinə Kiyevin geri qaytarılmasını tələb etdiyi ukraynalı uşaqların siyahısını təqdim edib. 

TodayPress TV xəbər verir ki, bu barədə Ukrayna Prezident Administrasiyasının rəhbəri Andrey Yermak özünün "Telegram" kanalında məlumat yayıb.

Yermak qeyd edib ki, siyahı rəsmi şəkildə təqdim olunub və bu məsələ Ukrayna üçün prioritet olaraq qalır:

"Biz hər bir ukraynalı uşağın evinə, ailəsinə və Vətəninə qayıtması üçün mübarizəni davam etdirəcəyik. Bu, insanlıq və beynəlxalq hüquq məsələsidir".

Danışıqların digər detalları açıqlanmasa da, görüş zamanı həmçinin humanitar məsələlər, o cümlədən əsir mübadiləsi və mülki əhalinin müdafiəsi də gündəmdə olub.

Türkan İsgəndərli

tag: Rusiya,Ukrayna,ABŞ,Uşaq,todaypress.tv,