İran "Mossad" qərargahını raketlə vurdu
İran ordusu İsrailin kəşfiyyat xidməti "Mossad"ın Təl-Əviv yaxınlığındakı qərargahına raket zərbəsi endirib.
TodayPress TV xəbər verir ki, bu barədə "Tasnim" məlumat yayıb.
Hücumun Hersliya şəhərində yerləşən binaya yönəldiyi bildirilir.
Bundan əvvəl İran Quru Qoşunlarının komandanı Kayumars Heydari bəyan edib ki, ölkə yeni və qabaqcıl silahlardan istifadə edərək İsrailə qarşı hücumlarını davam etdirir və hücumların yaxın saatlarda daha da güclənəcəyi gözlənilir.
Heydari həmçinin bildirib ki, ötən gün ərzində İranın müxtəlif tipli PUA-ları Tel-Əviv və Hayfa şəhərlərindəki strateji mövqeləri vurub.
Türkan İsgəndərli