İran İraqda silahların dövlət nəzarətinə keçməsini dəstəkləyir

İran İraqda silahların dövlət nəzarətinə keçməsini dəstəkləyir
20.08.2026 19:35 Dünya

İran İraq hökumətinin ölkə ərazisində fəaliyyət göstərən qruplaşmaların sərəncamında olan silahlara dövlətin tam nəzarətini təmin etməyə yönəlmiş planını dəstəkləyir.

TodayPress TV xəbər verir ki, bu barədə İranın parlament sədri Məhəmməd Baqer Qalibaf Bağdadda İraq baş nazirinin milli təhlükəsizlik üzrə müşaviri Qasım əl-Əbud ilə görüşü zamanı bildirib.

“İslam Respublikası İraqla münasibətlərini yüksək qiymətləndirir və İraq silahlı qüvvələrinin baş komandanının nəzarəti altında ölkə ərazisində silahların tənzimlənməsi üçün hüquqi bazanın yaradılmasına dair hökumət proqramını dəstəkləyir”, - deyə Qalibaf qeyd edib.

O əlavə edib ki, Tehran iki ölkə arasında bağlanmış təhlükəsizlik sahəsindəki razılaşmalara sadiqdir.

Aysel Mətləb

XƏBƏR LENTİ
20 AVQUST 2026
Bütün Xəbərlər