İran hökuməti vətəndaşlara çağırış etdi: "WhatsApp"ı silin!

İran hökuməti vətəndaşlara çağırış etdi: "WhatsApp"ı silin!
18.06.2025 14:33 Dünya

İranın dövlət televiziyası ölkə vətəndaşlarını "WhatsApp" messencerini telefonlarından silməyə çağırıb.

TodayPress TV xəbər verir ki, bu barədə "Associated Press" (AP) agentliyi məlumat yayıb.

Bu çağırış, tətbiqin istifadəçi məlumatlarını İsrailə ötürdüyü iddiaları ilə əsaslandırılıb. Lakin həmin iddialarla bağlı konkret sübut təqdim olunmayıb.

"WhatsApp" rəhbərliyi yayılan bu iddialardan narahatlıq ifadə edərək bildirib ki, bu kimi yalan məlumatlar, xüsusilə platformanın geniş istifadə olunduğu bir dövrdə, tətbiqin bloklanması üçün bəhanəyə çevrilə bilər. Şirkət messencerin ucdan-uca (end-to-end) şifrələmə texnologiyasından istifadə etdiyini və bu səbəbdən heç bir xidmət təminatçısının mesajları oxuya bilmədiyini vurğulayıb. Eyni zamanda, "WhatsApp" istifadəçilərin dəqiq yerləşməsini izləmədiyini və şəxsi mesajlara baxmadığını açıqlayıb. Şirkət hər hansı hökumətə kütləvi məlumat ötürülməsi iddialarını da təkzib edib.

Qeyd edək ki, ucdan-uca şifrələmə texnologiyası mesajların yalnız göndərən və alan tərəfindən oxunmasına imkan verir. Əgər mesaj üçüncü şəxs tərəfindən ələ keçirilərsə, bu məlumat yalnız mənasız simvollar toplusu kimi görünür və şifrə açarları olmadan oxunması mümkün olmur.

Töhfə Səməd

XƏBƏR LENTİ
31 MAY 2026
ABŞ-yə məxsus PUA vuruldu - SEPAH 09:18 Londonda polis muzeyə gələn ziyarətçiləri təxliyə etdi - SƏBƏB 09:11 Qara dənizdə qorxulu mənzərə: Sahil qəhvəyi rəngə boyandı 00:24 Müharibədə robotların rolu artır - ilk sınaqlar keçirildi 01:04 Təlim keçmiş it vitse-admirala hücum etdi 00:41 Livanın Baş naziri atəşkəsə çağırdı: "Yandırılmış torpaq siyasəti İsrailə təhlükəsizlik gətirməyəcək" 00:03 “Simmetrik cavab veriləcək” - Medvedev xəbərdarlıq etdi 00:59 Azərbaycanın bədii gimnastları Avropa çempionatında iştirak etdilər 00:45 Finalın ən yaxşı oyunçusunun adı AÇIQLANDI 00:26 Kiyevdə gün ərzində ikinci dəfə hava həyəcanı siqnalı 00:33 Rostovda PUA hücumu: Neft bazasında yanğın baş verdi - VİDEO 00:55 Gözlənilməz qərar: UEFA "Turan Tovuz"u Konfrans Liqasından kənarlaşdırdı 00:50 Gəncə - Sankt-Peterburq uçuşları bərpa edildi 00:36 PSJ-nin Parisdəki azarkeşləri qələbəni bu cür "qeyd edirlər" - VİDEO 00:17 Nigeriyada vəba sürətlə yayılır: 3 mindən çox yoluxma var 23:46 Masazırın bir hissəsində işıq olmayacaq 23:15 Azərbaycan millisi atletika üzrə Avropa çempionatında uğurlu çıxış etdi 23:10 ABŞ və İran arasındakı gizli memorandumun DETALLARI məlum oldu 22:59 PSJ ikinci dəfə Çempionlar Liqasının qalibi oldu 20:07 Cozef Qomes “Liverpul”dan ayrılmayacaq 22:44 İsrail ordusu "Hizbullah"ın intensiv zərbələrinə hazırlaşır 22:18 "İctimai detallar olmadan..." – Zelenski hansı vacib danışıqlardan bəhs edir? 22:11 Livanda ölənlərin sayı 3 371 nəfərə çatdı 21:56 Azərbaycanın ABŞ-dəki səfirliyi Müstəqillik Günü münasibətilə rəsmi qəbul təşkil etdi 21:44 Təl-Əvivdə etiraz aksiyası - yüzlərlə insan toplaşdı 21:28 Bütün Xəbərlər