İran BMT Təhlükəsizlik Şurasının təcili toplantısını tələb edir
Dünya
22.06.2025 09:30
İran ABŞ-nin nüvə obyektlərinə endirdiyi zərbələrlə bağlı BMT Təhlükəsizlik Şurasının təcili iclasının çağırılmasını tələb edib.
TodayPress TV xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə İranın BMT-dəki daimi nümayəndəsi Əmid Səid İrəvani məlumat yayıb.
Onun sözlərinə görə, bu hücum beynəlxalq sülh və təhlükəsizlik üçün ciddi nəticələr doğura bilər:
“İslam Respublikası İran Təhlükəsizlik Şurasından bu vəhşi və cinayətkar əmələ dərhal reaksiya vermək üçün fövqəladə iclas çağırılmasını tələb edir. Bu, beynəlxalq hüquqa və BMT Nizamnaməsinə açıq-aşkar ziddir”, – deyə bəyanatda qeyd olunub.
İranın xarici işlər naziri Abbas Əraqçi də ABŞ hücumunun “uzunmüddətli nəticələr doğuracağını” bildirib. O vurğulayıb ki, bu addım BMT Nizamnaməsinin və beynəlxalq hüququn kobud şəkildə pozulmasıdır və Tehran özünümüdafiə hüququnu qoruyur.
Qiymət Mahir
tag: İran,Tehran,ABŞ,BMT,Todaypress.tv,