Tramp Aİ-yə qarşı 50 faiz rüsum tətbiq edə bilər

Dünya

23.05.2025 16:52

ABŞ prezidenti Donald Tramp Avropa İttifaqı (Aİ) ilə aparılan ticarət danışıqlarının nəticəsiz qaldığını əsas gətirərək, 2025-ci il iyunun 1-dən etibarən Aİ-dən gətirilən mallara 50 faiz gömrük rüsumu tətbiq edilməsini tövsiyə edib.

TodayPress TV xəbər verir ki, b, bu barədə “Truth Social” sosial şəbəkəsində paylaşım edib.

“İttifaq ilə danışıqlarımız heç bir nəticə vermir! Buna görə də 2025-ci il iyunun 1-dən Aİ-yə qarşı 50 faiz birbaşa rüsum tətbiq olunmasını tövsiyə edirəm” deyə Tramp bildirib.

O əlavə edib ki, əgər Avropa şirkətləri öz məhsullarını ABŞ-də istehsal etsələr, onlardan heç bir rüsum tutulmayacaq.

Ağ Ev lideri, həmçinin vurğulayıb ki, Avropa İttifaqının yaradılmasının əsas məqsədlərindən biri ABŞ-yə qarşı ticarət üstünlüyü əldə etmək olub. Tramp ABŞ ilə Aİ arasındakı ticarət balansındakı kəskin mənfi fərqi qəbuledilməz adlandırıb və bunun 250 milyard dollara çatdığını bildirib.

ABŞ Ticarət Nümayəndəsinin Aparatına görə, 2024-cü ildə ABŞ-nin Aİ ilə ticarət balansındakı kəsir 12,9 faiz artaraq 235,6 milyard dollara yüksəlib.

Töhfə Səməd

tag: ABŞ ,Donald Tramp,Aİ,Rüsum,todaypress.tv,