Starmer və Zelenski Alyaska görüşünü müzakirə etdi
Dünya
14.08.2025 17:55
Böyük Britaniyanın Baş naziri Kir Starmer bu səhər paytaxt Londondakı ofisində Ukrayna Prezidenti Volodimir Zelenskini qəbul edib.
TodayPress TV xarici KİV-ə istinadən xəbər verir ki, iki lider dünən Almaniyada keçirilən danışıqları səhər yeməyi zamanı müzakirə edib.
Görüşdə Ukraynada ədalətli və davamlı sülhə nail olmaq üçün güclü birlik ruhu və qətiyyətin vacibliyi vurğulanıb.
Starmer və Zelenski Alyaskada ABŞ Prezidenti Donald Tramp və Rusiya Prezidenti Vladimir Putin arasında baş tutacaq görüş barədə də fikir mübadiləsi aparıblar. Onlar bu görüşün Putinin sülh məsələsində nə dərəcədə ciddi olduğunu göstərməsi baxımından irəliləyiş üçün mühüm fürsət ola biləcəyi qənaətində olduqlarını bildiriblər.
Qiymət Mahir
tag: Böyük Britaniya, Kir Starmer,London, Volodimir Zelenski,Todaypress.tv,