İqlim dəyişikliyi güclü vulkan püskürməsinə səbəb ola bilər
Dünya
08.07.2025 19:15
İqlim dəyişikliyi Andesin cənubunda güclü vulkan püskürmələrinin sayını artıra bilər.
TodayPress TV xəbər verir ki, bu barədə Praqada keçirilən "Goldschmidt" konfransında təqdim olunan araşdırmada bildirilib.
Belə ki, geri çəkilən buzlaqlar vulkanların altında yerləşən maqma kameralarına olan təzyiqi azaldır və bu da partlayıcı püskürmə riskini yüksəldir.
Viskonsin-Madison Universitetinin alimləri Çilidəki altı vulkanı, o cümlədən hazırda sakit vəziyyətdə olan Moço-Çoşuenkonu təhlil ediblər. Onlar aşkar ediblər ki, Buz dövründə buzlaqlar vulkanları örtərək maqmatik aktivliyi saxlayıb. Lakin buzların əriməsi ilə maqmadakı qazlar sürətlə genişlənərək dağıdıcı püskürmələrə səbəb olub.
Alimlər bildirirlər ki, bu proseslər Antarktida, Yeni Zelandiya, Rusiya və Şimali Amerika kimi digər regionlarda da baş verə bilər. Bundan əlavə, belə vulkanik fəaliyyətin bir sıra püskürmələrdən sonra istixana qazı emissiyalarını artıraraq qlobal istiləşməni sürətləndirə biləcəyi vurğulanır.
Türkan İsgəndərli
tag: Vulkan,İqlim,Buz,Lava,Todaypress.tv,