Qəzzada aclıqdan ölən fələstinli uşaqların sayı 68-ə çatdı
Dünya
14.07.2025 10:06
İsrailin Qəzza zolağına qarşı davam edən blokadası nəticəsində aclqdan ölən fələstinli uşaqların sayı 68-ə çatıb.
TodayPress TV xəbər verir ki, bu barədə Qətərin Əl-Cəzirə telekanalı BMT-nin Fələstinli Qaçqınlara Yardım Agentliyinə (UNRWA) istinadla məlumat verib.
UNRWA-nın açıqlamasına görə, son olaraq 7 aylıq bir qız uşağı müalicə olunduğu zaman dünyasını dəyişib. Qəzza Səhiyyə Nazirliyinin məlumatına əsasən, ötən həftənin sonunadək İsrailin müharibəyə başladığı gündən bu yana ən azı 67 uşaq qida çatışmazlığı səbəbilə həyatını itirib.
2,1 milyon insanın yaşadığı Qəzzada əhalinin böyük hissəsi aclıq həddinə çatıb.
UNICEF-lə yanaşı BMT-nin daha yeddi agentliyi, o cümlədən Ümumdünya Ərzaq Proqramı, Ümumdünya Səhiyyə Təşkilatı və BMT-nin Humanitar Məsələlərin Əlaqələndirilməsi Ofisi (OCHA) birgə bəyanat yayaraq Qəzzaya yanacaq tədarükünün blokadaya alınmasının fəlakətli nəticələri barədə xəbərdarlıq edib.
Türkan İsgəndərli
tag: Qəzza,Uşaq,Aclıq,BMT,Todaypress.tv,