İmamoğlunun “qanunsuz diplom” işinə sentyabrın 11-də baxılacaq

Dünya

08.07.2025 14:51

Həbs edildikdən sonra İstanbul Böyükşəhər Bələdiyyəsinin (İBB) bələdiyyə sədri vəzifəsindən uzaqlaşdırılan Əkrəm İmamoğlu haqqında İstanbul Baş Prokurorluğu tərəfindən hazırlanan ittiham aktı qəbul edilib. 

TodayPress TV “TRT Haber”ə istinadən xəbər verir ki, İstanbul 59-cu Asliye Cəza Məhkəməsi iclasın sentyabrın 11-də keçirilməsinə qərar verib.

İstanbul Respublika Baş Prokurorluğu tərəfindən hazırlanan iddianamədə Əkrəm İmamoğlunun diplomunun saxta olduğu iddiası ilə 18 sentyabr 2024-cü ildə CİMER-ə müraciət edildiyi bildirilir.  

İttihamnamədə eyni iddia ilə bağlı prokurorluğa 1 oktyabr 2024-cü il tarixində şikayət ərizəsi verildiyi və sözügedən şikayət əsasında istintaq başladıldığı qeyd edilib. 

Nicat Osman

tag: Əkrəm İmamoğlu,İstanbul,Bələdiyyə,Həbs,Todaypress.tv,