Hindistanın qəzaya uğrayan təyyarəsində texniki nasazlıq olmayıb

Dünya

17.07.2025 11:41

Hindistanın milli aviadaşıyıcısı "Air İndia" iyun ayında baş verən və 260 nəfərin həyatını itirdiyi təyyarə qəzasından sonra şirkətə məxsus "Boeing 787" tipli bütün təyyarələrdə aparılan yoxlamalar nəticəsində yanacaq ötürmə sisteminin kilidləmə mexanizmlərində hər hansı nasazlıq aşkar olunmadığını bildirib.

TodayPress TV xəbər verir ki, bu barədə "AFP" məlumat yayıb. 

Xatırladaq ki, qəzanın ardından Hindistanın mülki aviasiya qurumu sözügedən təyyarə tipinə dair texniki yoxlamaların aparılmasını əmr etmişdi.

Qəzaya dair ilkin araşdırma hesabatında qeyd olunurdu ki, təyyarənin mühərriklərinə aid yanacaq klapanları qəza baş verməzdən əvvəl səhv mövqedə olub. Hazırda qəzanın səbəbləri ilə bağlı istintaq davam edir.

Töhfə Səməd

tag: Hindistan,Air India,Təyyarə,Qəza,Todaypress.tv,