İtaliyada niqab geyinmək qadağan edilir
Dünya
09.10.2025 15:52
İtaliyanın hakim “İtaliya Qardaşları” partiyası ictimai yerlərdə burka və niqab geyinməyi qadağan edən qanun layihəsi hazırlayır.
TodayPress TV xəbər verir ki, bu barədə "Politico" partiyanın deputatı və layihənin müəllifi Andrea Delmastroya istinadla xəbər verib.
Delmastro bildirib ki, dini etiqad azadlığı müqəddəsdir, lakin bu azadlıq konstitusiyaya və İtaliya dövlətinin prinsiplərinə hörmətlə həyata keçirilməlidir.
Yeni qanun layihəsi, həmçinin məcburi nikahlara görə cəzaların sərtləşdirilməsini və rəsmi tanınmayan dini qrupların xarici maliyyə mənbələrinin açıqlanması tələblərinin gücləndirilməsini nəzərdə tutur.
Məlumata görə, bu təşəbbüs Baş nazir Corc Meloninin irəli sürdüyü daha geniş qanun paketinin bir hissəsi olacaq və məscidlərin maliyyələşdirilməsini də tənzimləyəcək.
Türkan İsgəndərli
tag: İtaliya,Hicab,Niqab,Qadağa,Todaypress.tv,
