Berlin Ukraynaya "Taurus" qanadlı raketlərinin verilməsini nəzərdən keçirmir

Dünya

12.06.2025 18:38

Almaniya müdafiə naziri Boris Pistorius Kiyevdə Ukrayna prezidenti Vladimir Zelenski ilə görüşdən sonra jurnalistlərə bildirib ki, Almaniya Ukraynaya "Taurus" qanadlı raketlərinin verilməsini planlaşdırmır.

TodayPress TV xəbər verir ki, bu barədə "UΝİΑΝ" məlumat yayıb.

"Siz məndən soruşdunuz ki, bunu nəzərdən keçiririkmi? Mən cavab verirəm: Xeyr!", - deyə Pistorius suala cavab olaraq bildirib. Zelenski isə görüş zamanı Almaniyanın Ukraynaya "IRIS-T" hava hücumundan müdafiə sistemlərinin tədarük planının üç illik olduğunu açıqlayıb.

Pistorius Kiyevə səfərindən əvvəl qeyd etmişdi ki, danışıqlarda Almaniya və digər Avropa ölkələrinin gələcəkdə sənaye əməkdaşlığı və digər dəstək növləri sahəsində göstərəcəyi yardım müzakirə olunacaq.

Qeyd edək ki, Almaniya ABŞ-dən sonra Ukraynaya ən çox hərbi yardım göstərən ölkədir. Almaniya münaqişənin başlanmasından bəri Kiyevə 40 milyard avrodan çox yardım edib.

Töhfə Səməd

tag: Almaniya ,Müdafiə Naziri,Boris Pistorius,Taurus,todaypress.tv,