Tramp Si Cinpinlə Ukraynadakı sülh imkanlarını müzakirə edəcək
Dünya
23.10.2025 11:45
ABŞ Prezidenti Donald Tramp Çin lideri Si Cinpinlə Ukraynadakı münaqişənin həlli imkanlarını müzakirə etməyi planlaşdırır.
TodayPrress TV bu barədə "Bloomberg" ə istinadən xəbər verir.
Tramp bu məsələləri Çinin Rusiyadan neft alması və enerji sahəsindəki digər variantlarla birlikdə danışmaq istəyir. Görüş Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq (APEC) sammiti çərçivəsində Cənubi Koreyada oktyabrın 31-dən noyabrın 1-dək keçiriləcək.
Tramp bildirib ki, Si Cinpin Ukraynadakı sülh prosesinə təsir göstərə və Rusiya lideri Vladimir Putinə əhəmiyyətli təsir edə bilər. ABŞ Dövlət Katibi Marko Rubio əlavə edib ki, Vaşinqton hələ də Moskva nümayəndələri ilə görüş keçirmək istəyir.
Tramp daha əvvəl Ukraynadakı münaqişənin oktyabrın sonuna qədər həll olunmasını gözlədiyini bəyan edib.
Jalə Rövşən
tag: ABŞ Prezidenti Donald Tramp ,Si Cinpin,Ukrayna,
