Hindistan həkimlərdən reseptləri oxunaqlı yazmağı tələb etdi

Dünya

01.10.2025 11:55

Hindistan məhkəməsi həkimlərə reseptlərini daha oxunaqlı şəkildə yazmağı əmr edib.

TodayPress TV xəbər verir ki, bu barədə "BBC" məlumat yayıb.

Bu qərar ölkədə həkimlərin əl yazısının çətin oxunması nəticəsində yaranan səhv dərman istifadəsi hallarına cavab olaraq verilib.

Hindistanda reseptlərin oxuna bilməməsi geniş yayılmış problemdir və bəzən xəstələrin sağlamlığı üçün ciddi təhlükə yaradır. Oxşar adlara malik dərmanların qarışdırılması səbəbilə xəstələrin səhv müalicə aldığı, hətta ağrıkəsici əvəzinə diabet dərmanı qəbul edən şəxslərdə epileptik tutmaların baş verdiyi bildirilir.

Mütəxəssislər bildirirlər ki, qeyri-dəqiq təyinatlar ciddi nəticələrə səbəb ola bilər və səhiyyə sisteminin rəqəmsallaşdırılması bu riski əhəmiyyətli dərəcədə azalda bilər.

Türkan İsgəndərli

TodayPress TV

tag: Hindistan,Məhkəmə,Resept,Həkim,Todaypress.tv,