Gürcüstan seçkilərə təxribat cəhdləri barədə məlumat verdi

Dünya

04.10.2025 14:10

“Gürcüstanda kənardan dəstək alaraq seçkiləri təxribat etmək cəhdləri var”

TodayPress TV xəbər verir ki, bu barədə Gürcüstan parlamenti məlumat yayıb.

Bildirilir ki,siyasi partiyalar, qeyri-hökumət təşkilatları və media orqanları Gürcüstanda davam edən yerli seçkilərə təxribat törətməyə çalışırlar.

Onun sözlərinə görə, bu qüvvələr demokratik seçkilərə hücum etmək istəyirlər.

"Biz çox cəld reaksiya veririk. Mən Daxili İşlər Nazirliyinə təşəkkür etmək istəyirəm. Biz görürük ki, bu gün kənardan dəstəklənən Gürcüstan seçkiləri ilə bağlı planlaşdırılmış təxribat gedir", - Papuaşvili bildirib.

O əlavə edib ki, Gürcüstanda yerli seçkilər ötən ilin oktyabrında parlament seçkiləri ilə başlayan, sonra isə dekabrda keçiriləcək prezident seçkiləri ilə davam edən seçki tsiklinə yekun vuracaq. 

Ona görə də 2028-ci ilə qədər ölkədə heç bir seçki prosesi olmayacaq.

Qeyd edək ki, bu gün Gürcüstanda eyni vaxtda 64 bələdiyyə və rayonda yerli özünüidarəetmə orqanlarına seçkilər keçirilir.

Orxan Saffari

TodayPress TV

tag: Gürcüstan,Seçki,Müdaxilə,Məlumat,Todaypress.tv,