Rusiya və Ukraynanın sülh təklifləri təqdim olundu
Rusiya və Ukraynanın hazırladığı sülh memorandumları layihələri tərəflərə təqdim olunub və yaxın vaxtlarda açıqlanacaq. Bundan sonra danışıqların yeni raunduna keçmək mümkün olacaq.
TodayPress TV xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
Onun sözlərinə görə, memorandumların layihələri tezliklə məlum olacaq və müzakirələr növbəti danışıqlar raunduna keçəcək.
Rusiya prezidenti Vladimir Putin və Amerikalı həmkarı Donald Tramp telefon danışığı zamanı Moskva ilə Kiyev arasında memorandumların hazırlanması barədə razılığa gəliblər. Həmin sənədlərdə atəşkəs və münaqişənin həlli prinsipləri yer ala bilər.
Peskov memorandumların diqqətli yoxlama və hazırlıq tələb edən sənəd olduğunu vurğulayıb.
Türkan İsgəndərli
tag: Rusiya,Ukrayna,Sülh,Memorandum,todaypress.tv,