Türkiyə: Rusiya-Ukrayna görüşü gözlənilmir
Dünya
04.08.2025 10:10
Rusiya və Ukrayna arasında dördüncü danışıqlar raundu üçün hələlik heç bir müraciət daxil olmayıb. Amma Türkiyə vasitəçiliyə istənilən vaxt hazırdır.
TodayPress TV xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın administrasiyası açıqlama verib.
Rəsmilər bildiriblər ki, konkret bir təklif daxil olsa, bu barədə məlumat veriləcək.
Administrasiyadan vurğulanıb ki, Türkiyə münaqişənin sülh yolu ilə həllini dəstəkləməyə davam edir.
Qeyd edək ki, iyulun 23-də İstanbulda Rusiya və Ukrayna nümayəndə heyətləri arasında üçüncü danışıqlar raundu keçirilib. Danışıqlar nəticəsində məhbus mübadiləsi ilə bağlı razılıq əldə olunub və Rusiya növbəti məsləhətləşmələr üçün üç işçi qrupu yaratmağı təklif edib. Amma tərəflər arasında bəzi əsas məsələlərdə hələ də ciddi fikir ayrılığı qalır.
Türkan İsgəndərli
tag: Rusiya,Ukrayna,Türkiyə,Ərdoğan,Todaypress.tv,