Gürcüstan parlament sədri Ankaraya rəsmi səfər etdi

Gürcüstan parlament sədri Ankaraya rəsmi səfər etdi
17.06.2025 11:26 Dünya

Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili rəsmi səfərlə Türkiyənin paytaxtı Ankaraya gedib. 

TodayPress TV xəbər verir ki, səfər çərçivəsində o, Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuş ilə görüşəcək.

Gürcüstan nümayəndə heyətinə vitse-spiker İlia İncia, Xarici Əlaqələr Komitəsinin rəhbəri Nikoloz Samxaradze, Müdafiə və Təhlükəsizlik Komitəsinin rəhbəri Aleksandr Tabatadze və Türkiyə ilə dostluq qrupunun rəhbəri Giorgi Çkoniya daxildir. Səfər iyunun 18-də başa çatacaq.

Qeyd edək ki, Gürcüstan və Türkiyə 1992-ci ildən diplomatik əlaqələr saxlayır və iki ölkə enerji, ticarət, təhlükəsizlik və nəqliyyat sahələrində strateji tərəfdaşlıq edir. 2024-cü ildə tərəflər arasında ticarət dövriyyəsi 3,2 milyard dollar təşkil edib.

Türkan İsgəndərli

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər