Gürcüstan Brüsselin dezinformasiya iddialarına etiraz edir

Dünya

08.10.2025 18:32

Gürcüstan parlamentinin spikeri Şalva Papuaşvili Avropa Komissarının ölkənin “Rusiya dezinformasiya üsullarından istifadə etməsi” barədə açıqlamasına sərt reaksiya verib və Brüsselin qəsdən yalan məlumatlar yaydığını bildirib.

TodayPress TV "Gazeta.ru"ya istinadən xəbər verir ki, Gürcüstan parlamentinin spikeri Şalva Papuaşvili Avropa Komissarı Marta Kosunun Gürcüstanın “Rusiya dezinformasiya üsullarından” istifadə etməsi barədə açıqlamasına münasibət bildirib.

Papuaşvili vurğulayıb ki, Brüssel qəsdən yalan məlumatlar yayır. Bizim silahımız isə həqiqəti açıq şəkildə ifadə etməkdir.

O əlavə edib ki, avropalı bürokratlar öz məsuliyyətsizliyi ilə Gürcüstandakı radikal etirazçılarla Aİ bayrağını zorakılıq, terror və ekstremizm arasında əlaqələndiriblər.

Bundan əvvəl Gürcüstanın Baş naziri İrakli Kobaxidze Qərb ölkələrini Cozef Gebbels dövründə nasist Almaniyasının təbliğatını davam etdirməkdə ittiham edib. O qeyd edib ki, bu cür təbliğatın 80 ildən sonra Avropaya qayıtmasına imkan verilməməlidir.

Xatırladaq ki, Kobaxidze daha əvvəl ölkədə dövlət çevrilişi cəhdini həyata keçirən şəxsləri açıqlamışdı.

Jalə Rövşən 

TodayPress TV

tag: Şalva Papuaşvili,Gürcüstan parlamenti,İrakli Kobaxidze ,Dezinformasiya,Todaypress.tv,