Lavrovun Pakistasan rəsmisi ilə görüşünün mövzularını açıqlandı

Dünya

03.06.2025 16:50

Rusiya xarici işlər naziri Sergey Lavrov Pakistanın Baş nazirinin müşaviri Səid Tariq Fatemi ilə görüşdə Pakistan-Hindistan münasibətlərini və regional təhlükəsizlik məsələlərini müzakirə edib.

TodayPress TV xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi saytında məlumat yayılıb.

Görüş zamanı tərəflər ikitərəfli əməkdaşlıq, beynəlxalq və regional təhlükəsizlik məsələləri üzrə fikir mübadiləsi aparıblar.

Fatemi Lavrovu Pakistanın Hindistanla münasibətlərə dair mövqeyi barədə məlumatlandırıb. Rusiya tərəfi isə Nyu-Dehli və İslamabad arasında birbaşa dialoqun və qarşılıqlı etimadın artırılmasının zəruriliyini vurğulayıb.

Bundan əlavə, Rusiya XİN qeyd edib ki, terrorizmlə mübarizə sahəsində birgə səylərin gücləndirilməsi, xüsusilə BMT və Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) çərçivəsində əməkdaşlığın genişləndirilməsi önəm daşıyır.

Qiymət Mahir

tag: Lavrov,Rusiya ,Rusiya XİN,Pakistan,todaypress.tv,