Günəşdə partlayış baş verdi

Günəşdə partlayış baş verdi
18.06.2025 09:28 Dünya

Günəşdə güclü partlayış baş verib. 

TodayPress TV xəbər verir ki, bu barədə Günəş Astronomiya Laboratoriyası məlumat yayıb.

Bildirilib ki, Bakı vaxtı ilə gecə saat 2 radələrində "X1.2" gücündə məşəl qeydə alınıb. 

Partlayış Günəşin 4114 saylı fəal bölgəsində baş verib. Bu ərazidə 15 və 16 iyunda da güclü partlayışlar qeydə alınıb.

Partlayışlar zamanı Günəşdən böyük maddə atılmaları olsa da, onların Yeri zərər vurmadığını bildirilib. Alimlər xəbərdarlıq edirlər ki, əgər bu cür maddə Yerə doğru yönəlsə, maqnit qasırğalarına səbəb ola bilər.

Türkan İsgəndərli

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər