Günəşdə güclü partlayış baş verdi: Yerə təsiri gözlənilir

Günəşdə güclü partlayış baş verdi: Yerə təsiri gözlənilir
08.08.2025 12:08 Dünya

İyulun 8-i daha bir “M2.8” səviyyəli partlayış qeydə alınıb.  

TodayPress TV xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiya Laboratoriyası məlumat yayıb. 

Astronomlar bildiriblər ki, bu 2 nadir və güclü hadisənin eyni vaxtda baş verməsi Yer kürəsində ciddi geomaqnit qasırğasına səbəb olacaq. 

Qeyd edək ki, bu partlayışların radiosiqnalların keyfiyyətində azalma, peyk rabitəsi və naviqasiya sistemlərində pozulmalar, yüksək enliklərdə qütb işıqları kimi təsirləri gözlənilir. 

Bundan əlavə, maqnit qasırğaları bəzi insanlarda baş ağrısı, yorğunluq, yuxu pozuntusu və təzyiq dalğalanmalarına səbəb ola bilər. 

Xatırladaq ki, avqustun 5-də Günəşdə “M4.5” sinifli daha güclü partlayış müşahidə olunub.  

Aysel Mətləb

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər