Fransada etiraz aksiyası keçirilir
Fransa Milli Assambleyası qarşısında fermerlərin etiraz aksiyası başlayıb.
TodayPress TV xəbər verir ki, bu barədə "Le Parisien" qəzeti məlumat yayıb.
Etirazçılar İle-de-Frans bölgəsində, xüsusilə İvelin və Val-d’Uaz departamentlərində magistral yolları bağlayıblar, nəticədə nəqliyyatın hərəkətində sıxlıq yaranıb.
Etirazlar kənd təsərrüfatını və pestisidlərdən istifadəni tənzimləyən qanun layihəsinin Milli Assambleyada müzakirəsi fonunda keçirilir. Aksiyalara "FRSEA" və "Jeunes Agriculteurs" fermer birlikləri çağırış edib.
Fermerlər yollarla aşağı sürətlə hərəkət edərək nəqliyyatın axınına bilərəkdən mane olurlar. Həmkarlar ittifaqlarının məlumatına görə, bu cür "simvolik" etirazlar ölkə üzrə müxtəlif bölgələrdə də planlaşdırılır.
Türkan İsgəndərli
tag: Fransa,Etiraz,Fəhlə,Kənd təsərrüfatı,todaypress.tv,