Zelenskidən Şmıqala yeni post təklifi: Ukraynada hökumət dəyişir

Dünya

17.07.2025 11:14

Ukrayna Prezidenti Volodimir Zelenski 17 iyul tarixində Denis Şmıqalın ölkənin Müdafiə Naziri təyin olunması ilə bağlı qərar layihəsini Ali Radaya təqdim edib.

TodayPress TV xəbər verir ki, bu barədə "RBK-Ukrayna" məlumat yayıb.

Sənəd “Denis Şmıqalın Ukraynanın Müdafiə Naziri vəzifəsinə təyin edilməsi haqqında Qərar layihəsi” adı altında qeydiyyata alınıb.

Xatırladaq ki, iyulun 16-da Ali Rada Denis Şmıqalı Baş nazir vəzifəsindən azad edib və onun hökuməti istefaya göndərilib.

Zelenski daha əvvəl bəyan etmişdi ki, Şmıqalın böyük idarəçilik təcrübəsi var və onu Müdafiə Nazirliyinə rəhbər gətirmək istəyir.

Bu dəyişikliklər Ukrayna Nazirlər Kabinetində aparılan genişmiqyaslı islahatlar çərçivəsində baş verir.

Yeni baş nazir postuna hazırda birinci vitse-premyer olan Yuliya Sviridenkonun namizədliyi irəli sürülüb.

Bundan əlavə, rəqəmsal transformasiya naziri Mixail Fedorov Sviridenkonun yerinə birinci vitse-premyer statusunu alacaq.

Töhfə Səməd

tag: Ukrayna ,Volodimir Zelenski,Denis Şmıqal,Müdafiə Naziri,Todaypress.tv,