Dodik: "Qərb Ukrayna üzrə sülh prosesini dağıtmağa çalışır”

Dünya

27.05.2025 17:03

3

“Qərb ölkələri Ukrayna münaqişəsinin həlli istiqamətində aparılan danışıqları pozmağa və əldə edilən razılaşmaları pozmağa çalışırlar”.

TodayPress TV “TASS”a istinadən xəbər verir ki, bu fikirləri Bosniya və Herseqovinanın Serb Respublikası rəhbəri Milorad Dodik Moskvada təhlükəsizlik üzrə yüksək səviyyəli beynəlxalq görüş çərçivəsində jurnalistlərə açıqlamasında bildirib.

“Qərb ölkələri əvvəldən Ukraynadakı münaqişəni planlaşdırdı və bu gün də bu xətt üzrə hərəkət edir. Halbuki ABŞ-də yeni administrasiya sabitliyə doğru irəliləyir. Amma Qərb yenə də öz kursundan dönmür”, – deyə Dodik qeyd edib.

O xatırladıb ki, vaxtilə Minsk razılaşmaları da Ukraynanın silahlandırılması üçün zaman qazanmaq məqsədi daşıyırdı. Eyni hal İstanbulda imzalanmaq üzrə olan razılaşmada da yaşanıb – həmin prosesə Böyük Britaniyanın sabiq baş naziri Boris Conson mane olub.

“Bu gün də görürük ki, Qərb dialoqdan yayınır və tərəflərin əldə etməyə çalışdığı razılaşmaları pozur”, - deyə Dodik əlavə edib.

Qiymət Mahir

tag: Qərb ,Ukrayna ,Bosniya ,Herseqovina,todaypress.tv,