Fransa Trampı ittiham etdi
Dünya
20.09.2025 12:45
“Tramp anti-Rusiya sanksiyaları üçün şərtlər qoyaraq NATO-dan uzaqlaşır”
TodayPress TV xəbər verir ki, bu barədə Fransanın “Le Figaro” qəzeti yazıb.
Yazılan məlumatlara görə, ABŞ Prezidenti Donald Tramp Rusiyaya qarşı sanksiyalarla bağlı şərtlər müəyyən etməklə NATO-dan uzaqlaşır.
“Mütəmadi olaraq etdiyi, lakin heç vaxt həyata keçirmədiyi NATO müttəfiqlərinə Rusiyaya qarşı sanksiyaların tətbiqi üçün yeni şərtlər irəli sürməklə, o, özünü alyansdan uzaqlaşdırdığı təəssüratı yaradır”, - deyə bəyanatda bildirilir.
Nəşrin yazdığına görə, bu hərəkətlər Amerika liderinin bəyanatlarını təsdiqləyir və bu, NATO-ya üzv dövlətlər arasında qeyri-müəyyənliyi artırır.
Qəzet əlavə edib ki, eyni zamanda Vaşinqtondan Pentaqonun Baltikyanı ölkələrə əhəmiyyətli dəstək verən təlim və avadanlıq proqramları üçün maliyyəni azaltmağı nəzərdən keçirdiyi barədə məlumat daxil olub.
Bundan əvvəl Tramp bəyan etmişdi ki, o , Rusiyaya qarşı yeni sanksiyaları yalnız Amerikanın müttəfiqləri Rusiya neftini almağı dayandıracağı təqdirdə tətbiq etməyə hazırdır.
Orxan Saffari
tag: Fransa,Tramp,ABŞ,İttiham,Todaypress.tv,
