Fidan: "Ukraynanın NATO-ya üzvlüyü alyansda mübahisəlidir"
Dünya
30.05.2025 13:56
"Ukraynanın NATO-ya qoşulması mövzusu alyans daxilində hələ də mübahisəlidir və bu barədə müxtəlif fikirlər var".
TodayPress TV xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan Kiyevdə ukraynalı həmkarı naziri Andrey Sibiqa ilə birgə mətbuat konfransında bildirib.
O qeyd edib ki, mayın 26-27-də Rusiyada keçirilən görüşlərdə bu məsələ müzakirə olunmayıb:
“NATO və Ukrayna məsələsi alyans daxilində çox ciddi müzakirə mövzusudur. Müzakirələr uzun müddətdir davam edir və müxtəlif parametrləri var. Davam edən müharibənin reallıqları da nəzərə alınır. Alyans üzvlərinin bu mövzuya yanaşmaları müxtəlifdir. Danışıqlar NATO çərçivəsində davam etdiriləcək".
Fidan vurğulayıb ki, NATO müdafiə ittifaqıdır və çəkindirmə funksiyasını yerinə yetirir.
Türkan İsgəndərli
tag: Ukrayna,NATO,Türkiyə,Rusiya,todaypress.tv,