“Bloomberg”: Merts Trampla mübahisədən çəkinəcək
Dünya
04.06.2025 11:19
Almaniya kansleri Fridrix Merts ABŞ prezidenti Donald Trampla keçiriləcək birbaşa görüşdə mübahisəyə girməyəcəyini bildirib.
TodayPress TV xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi alman siyasətçinin yaxın çevrəsinə istinadla məlumat yayıb.
Merts və Trampın görüşü 5 iyun tarixində Vaşinqtonda baş tutacaq. Görüş zamanı tərəflər Ukrayna və Yaxın Şərqdəki vəziyyəti, eləcə də ikitərəfli ticarət məsələlərini müzakirə edəcəklər.
“Adətən sərt və döyüşkən ritorikası ilə tanınan kansler daxili söhbətlərdə açıq şəkildə bildirib ki, Zelenskidən fərqli olaraq ABŞ prezidenti ilə söz atışmasına girməyəcək”, - deyə məqalədə qeyd olunur:
Agentliyin məlumatına görə, görüş ərəfəsində Mertsə Trampa danışmaq üçün geniş imkan yaratmaq, onu bölməmək və əgər söz almaq ehtiyacı yaranarsa, əvvəlcə Trampa komplimentlə müraciət etmək tövsiyə olunub.
Qiymət Mahir
tag: Almaniya,Fridix Merts,ABŞ,Donald Tramp,todaypress.tv,