Ermənistan Rusiyaya viza tətbiq edir? - Zaxarova açıqladı
Ermənistanın Rusiya vətəndaşları üçün viza rejimi tətbiq etməsi Moskvaya qarşı deyil, İrəvanın özünə qarşı yönəlmiş bir addım olacaq.
TodayPress TV xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova jurnalistlərə açıqlamasında bildirib.
"Əgər Ermənistan birdən viza tətbiq etsə, bunu bizə qarşı deyil, öz vətəndaşlarına qarşı edəcək", - deyə o ifadə edib.
Zaxarova, bu qərarın, digər məsələlərlə yanaşı, Ermənistanda çoxlu sayda qohumu olan Rusiya vətəndaşlarına da təsir edəcəyini vurğulayıb.