Ermənistan Rusiya bazasını boş "rasxod" adlandırdı - Heç bir kömək etmədilər
Ermənistan hakimiyyəti ölkə ərazisində yerləşən Rusiya hərbi bazasının saxlanılmasının böyük maliyyə yükü yaratdığını açıqlayıb.
TodayPress TV xəbər verir ki, bu barədə Ermənistan parlamentinin vitse-spikeri, hakim “Vətəndaş Müqaviləsi” partiyasının deputatı Vaaqn Aleksanyan brifinq zamanı danışıb.
O bildirib ki, Ermənistan Rusiya ilə bazanın ölkə ərazisində saxlanılması və ya geri çəkilməsi ilə bağlı hər iki variantı müzakirə etməyə hazırdır.
Aleksanyan həmkarlarının Rusiya bazasının saxlanılmasının baha başa gəlməsi ilə bağlı əvvəlki açıqlamaları ilə razılaşdığını deyib.
“Razıyam ki, bu bazanın saxlanılması olduqca baha başa gəlir. Bilirsiniz ki, Elseti orada elektrik enerjisinə görə həddindən artıq pul ödəyib. Bununla yanaşı, bazanın saxlanılması xüsusilə baha başa gəlir”, – deyə o bildirib.
Rusiya bazasının Ermənistandan çıxarılmasının Türkiyənin “əllərini boşaldacağı” ilə bağlı fikirlərə münasibət bildirən vitse-spiker qeyd edib ki, 2022-ci ildə Ermənistan Rusiya bazasından hər hansı müdaxilə görməyib.
Jalə Rövşən