Ərdoğan: "Türkiyə sülh diplomatiyasının əsas mərkəzlərindən birinə çevrilir"
Dünya
02.06.2025 19:11
“Türkiyə sülh diplomatiyasının əsas mərkəzlərindən birinə çevrilir. Səylərimiz nəticəsində Rusiya və Ukrayna nümayəndə heyətləri ölkəmizdə bir araya gəlir”.
TodayPress TV “TRT Haber”ə istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra açıqlamasında deyib.
“Bu gün bildiyiniz kimi, İstanbulda Hakan bəyin sədrliyi ilə Rusiya-Ukrayna nümayəndə heyətləri bir araya gəldi. Həqiqətən də gözəl görüş idi. Bu görüşün nəticəsidir ki, xüsusilə əvvəllər min əsir mübadiləsi aparılarkən, bu dəfə əsir mübadiləsinin sayı mini keçib. Mindən çox olan bu məhbus mübadiləsindən əlavə, həm Rusiya, həm də Ukrayna tərəfində bəzi cəsədlərin bir-birinə qaytarılması barədə də söhbətlər gedirdi. Bu rəqəmlər həqiqətən böyükdür” deyə o, əlavə edib.
tag: Türkiyə,Ərdoğan,Rusiya-Ukrayna,Görüş,todaypress.tv,