Dortmundda 80 illik SPD hakimiyyəti bitdi

Dünya

29.09.2025 12:55

Almaniyanın Dortmund şəhərində keçirilən seçkilərdə Sosial Demokrat Partiyası (SPD) 1946-cı ildən sonra ilk dəfə meri itirib.

TodayPress TV "Haber Türk"ə istinadən xəbər verir ki, CDU-nun namizədi Aleksander Kalouti ikinci turda 53 faiz səslə qalib gəlib. Bununla da SPD-nin 80 illik üstünlüyünə son qoyulub.

Şimali Reyn Vestfaliyada ümumilikdə 150-dən çox ikinci tur seçki keçirilib. CDU Düsseldorf, Leverkusen, Bonn, Aachen, Bielefeld, Herford və Lippe şəhərlərində qalib gəlib. SPD isə Köln, Oberhausen və Mülheim an der Ruhrda üstünlük qazanıb.

Sağçı AfD iddialı görünsə də heç bir şəhərdə uğur əldə edə bilməyib. Duisburgda SPD-li Sören Link 78,6 faiz, Gelsenkirxendə Andrea Henze 66,9 faiz, Hagendə isə CDU-lu Dennis Rehbein 71,7 faiz səs toplayaraq seçkinin qalibi olub.

Jalə Rövşən 

TodayPress TV

tag: Dortmund,SPD,CDU,Almaniya,TodayPressTV,