Danimarka Ukraynanın bərpası üçün əlavə yardım ayıracaq
Dünya
09.07.2025 18:30
Danimarka hökuməti Ukraynanın bərpası məqsədilə əlavə olaraq 435 milyon kron (təxminən 68,23 milyon ABŞ dolları) ayıracaq.
TodayPress TV xəbər verir ki, bu barədə Danimarka Xarici İşlər Nazirliyi məlumat yayıb.
Danimarkanın xarici işlər naziri Lars Lokke Rasmussen bildirib ki, Danimarka uzunmüddətli sülhə gedən yolda Ukraynanı dəstəkləməyə davam edəcək.
Maliyyə yardımının əsas hissəsi, 338 milyon kron (53 milyon dollar) 2025-ci ilin iyulundan 2028-ci ilin iyununa qədər Ukraynanın Nikolayev şəhəri və vilayətində su və istilik təchizatının bərpasına yönəldiləcək.
Bundan əlavə, Danimarka Avropa İttifaqının "Aİ4" proqramına 75 milyon kron (11,76 milyon dollar) və "Skills4Recovery" adlı təhsil və məşğulluq təşəbbüsünə 22 milyon kron (3,45 milyon dollar) ayıracaq.
Xatırladaq ki, xüsusi hərbi əməliyyatın (SMO) başlanmasından bəri Danimarka Ukraynaya təxminən 9 milyard avro hərbi və 867 milyon avro mülki yardım göstərib.
Türkan İsgəndərli
tag: Danimarka,Ukrayna,Yardım,Bərpa,Todaypress.tv,