Çin səfiri Aİ diplomatiyasına çağırıldı
Dünya
09.07.2025 16:34
Avropa İttifaqının diplomatik korpusu Çin Xalq Respublikasının səfirini çağırıb. Səbəb isə Almaniyaya məxsus hərbi təyyarəyə qarşı lazer hədəfi istifadəsi ilə bağlı irəli sürülən ittihamlardır.
TodayPress TV xəbər verir ki, bu barədə Aİ-nin xarici siyasət xidmətinin nümayəndəsi Anvar əl-Ənuni "TASS"a açıqlamasında danışıb.
Onun sözlərinə görə, Çin hərbçilərinin Avropa İttifaqının "Aspides" adlı dəniz əməliyyatı çərçivəsində Qırmızı dənizdə patrul xidməti həyata keçirən Almaniya təyyarəsinə lazer nişanı tuşlaması “təhlükəli və qəbuledilməzdir”.
Əl-Ənuni qeyd edib ki, bu addım təyyarənin heyətini təhlükəyə atmaqla yanaşı, missiyanın icrasına da mane olub.
İyulun 8-də Almaniya Xarici İşlər Nazirliyi də insidenti təsdiqləyib. Bildirilib ki, Çin hərbçiləri "ES Aspides" əməliyyatı zamanı Almaniya təyyarəsinə lazer yönəldib. Bu səbəbdən Çin səfiri Almaniya XİN-ə çağırılıb.
Qiymət Mahir
tag: Almaniya ,Çin ,Avropa İttifaqı,Anvar əl-Ənuni,Todaypress.tv,