Litva prezidenti hökumətin istefasını təsdiqlədi

Dünya

04.08.2025 16:47

Litva Prezidenti Gitanas Nauseda Baş nazir Gintautas Paluckasın istefasını və hökumətin buraxılmasını rəsmən təsdiqləyib. Qərar prezidentin imzaladığı fərmanla qüvvəyə minib.

TodayPress TV xəbər verir ki, bu barədə “Delfi” nəşri məlumat yayıb.

Bildirilir ki, prezident Gitanas Nauseda sosial-demokrat Gintautas Paluckasın Baş nazir postundan azad olunması və Nazirlər Kabinetinin istefası ilə bağlı fərmanı imzalayıb.

Xatırladaq ki, iyulun 25-də Gintautas Paluckas Avropa İttifaqının subsidiyaları ilə bağlı korrupsiya qalmaqalının fonunda iki həftəlik məzuniyyətə çıxdığını açıqlamışdı. Rəsmi bəhanə kimi arılarına qayğı göstərmək istədiyini bildirsə də, Litva mediası onu ailə üzvlərinə bağlı şirkətlər vasitəsilə Aİ fondlarından vəsaitlərin mənimsənilməsində ittiham edirdi.

Qiymət Mahir

tag: Litva ,Gitanas Nauseda,Baş nazir,Gintautas Paluckas,Todaypress.tv,