Cənubi Koreyada ayı yetişdirilməsi qadağan edildi
Dünya
01.01.2026 19:00
Koreya Respublikasında ayıların yetişdirilməsi və ayı ödünün istehsalı 1 yanvar 2026-cı ildən rəsmi olaraq qadağan olunub.
TodayPress TV xəbər verir ki, qərar 2023-cü ildə Vəhşi heyvanların Mühafizəsi Qanununa edilən dəyişikliklərə əsasən qüvvəyə minib.
İqlim, Energetika və Ətraf Mühitin Qorunması Nazirliyi bildirib ki, hazırda sığınacaqlarda saxlanılan ayıların qorunması üçün xüsusi tədbirlər görüləcək. Qanuna əsasən ayıların saxlanması, çoxaldılması, ayı ödünün istehsalı, istehlakı və yayılması tam qadağandır.
Hakimiyyət qalan fermalar üçün altı aylıq keçid müddəti tətbiq edəcək və bu dövrdə cərimə kəsilməyəcək. Lakin qanunsuz ayı ödü istehsalı ciddi şəkildə cəzalandırılacaq.
Hazırda ölkə üzrə 11 fermada 199 ayı saxlanılır. Daha əvvəl bu cür təsərrüfatlardan 34 ayı xilas edilib və fermerlərlə danışıqlar davam edir.
Qeyd edək ki, ayı ödü Cənubi Koreyada xalq təbabətində uzun illərdir istifadə olunur.
Türkan İsgəndərli
tag: Koreya,Ayı,Ət,Öd,Todaypress.tv,
