Cənubi Afrika ABŞ-nin hesabatını tənqid etdi
Dünya
13.08.2025 18:16
Cənubi Afrika Respublikası (CAR) ABŞ Dövlət Departamentinin insan haqları ilə bağlı hesabatını tənqid edib və onu qeyri-dəqiq adlandıraraq rədd edib.
TodayPress TV xəbər verir ki, bu barədə ölkənin Xarici İşlər Nazirliyi məlumat yayıb.
Nazirlik bildirib ki, hesabat konstitusiya demokratiyasının reallıqlarını əks etdirmir və bəzi uydurma hadisələrə əsaslanıb. Xüsusilə, ABŞ-nin CAR-da ağdərililərə qarşı sistemli zorakılıq iddiaları ciddi şəkildə təkzib edilib. Cənubi Afrika bu iddialara cavab olaraq öz rəsmi hesabatını hazırlayır.
Bununla yanaşı, Cənubi Afrika ABŞ ilə diplomatik əlaqələri davam etdirməyə açıq olduğunu bildirib.
Eyni zamanda, Cənubi Afrika Müdafiə Qüvvələri orduya qiyam çağırışı etdiyi iddia olunan saxta videoyla bağlı araşdırma aparır və bu cür dezinformasiyaların milli təhlükəsizlik üçün təhlükə yaratdığını vurğulayıb.
Türkan İsgəndərli
tag: CAR,ABŞ,İnsan,Hesabat,Todaypress.tv,