Bundestaqdan “Dəmir Qübbə” çağırışı
Dünya
21.06.2025 13:05
Bundestaqdakı CDU/CSU fraksiyasının sədri Yens Spahn Avropanın hava hücumundan müdafiə sisteminin İsrail modeli üzrə gücləndirilməsi və Dəmir Qübbəyə bənzər raket əleyhinə müdafiə sisteminin yaradılmasının tərəfdarı olduğunu bildirib.
TodayPress TV xəbər verir ki, o bu barədə “Stuttgarter Zeitung” qəzetinə danışıb.
"Almaniya hökuməti indi bunun üçün hər cür səy göstərməli və mümkün qədər tez Avropa üzərində Dəmir Qübbəni ucaltmalıdır".
Siyasətçi buna əsas kimi Yaxın Şərq və Ukraynada baş verən hadisələri göstərib.
"Biz əhalimizi qorumağa borcluyuq" deyə fraksiya lideri vurğulayıb.
Spahn “Dəmir Qübbə layihəsini transatlantik alyansın Avropa sütunu kimi təşviq etməyə” çağırıb. Onun fikrincə, Avropa kosmos da daxil olmaqla, yaxınlaşan raketlər, pilotsuz təyyarələr və digər təyyarələrdən özünü müdafiə etməyi bacarmalıdır.
Nicat Osman
tag: Almaniya,Bundestaq,Dəmir Qübbə,Çağırış,Todaypress.tv,